UEFA-dan AFFA-ya məktub – FOTO

İsveçrənin SGS şirkəti AFFA-nın klubların lisenziyalaşdırılması şöbəsinin 2025-ci ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Allsport.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda klubların lisenziyalaşdırılması şöbəsinin fəaliyyətinin UEFA-nın klubların lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.

Klubların lisenziyalaşdırılması şöbəsi 2026/2027-cı illər lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Həmin kateqoriyadan