- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA-nın Nəzarət, etik və intizam komitəsi Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Mladost”u ilə “Neftçi” arasında keçirilmiş cavab oyunundan sonrakı hadisələr barədə qərar qəbul edib. Allsport.az xəbər verir ki, qitə futbol qurumu paytaxt klubunun iki oyunçusuna ciddi cəza tətbiq edib.
İyulun 9-da Podqoritsa şəhər stadionunda keçirilmiş matçın sonunda hər iki komandanın futbolçuları arasında yaranmış münaqişədə iştiraka görə müdafiəçi Aylton Fereyra və qapıçı Maksim Vaylo cəzalandırılıb. Hər iki futbolçu 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, “Neftçi” Çernoqoriya klubu ilə hər iki oyunda (2:2, 1:1) bərabərə qalmışdı. Səfərdə daha çox qol vurduğu üçün “Mladost” mərhələni adlamışdı.