- Baxış sayı: 179
- 29 Oktyabr 2025 14:08
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

İsveçrənin Nyon şəhərində UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə ölkəmizi AMADA-nın təhsil şöbəsinin əməkdaşı Qüdrət Səfərov və AFFA-nın həkimi Olcay Bayramov təmsil ediblər.
Ümumdünya antidopinq agentliyi (WADA), Avropa şurası, milli antidopinq təşkilatları institutu (iNADO), beynəlxalq test agentliyi, futbol federasiyaları assosiasiyaları və milli antidopinq təşkilatlarından 100-dən çox nümayəndəni bir araya gətirən tədbir təhsil vasitəsilə idmanda dürüstlüyün möhkəmləndirilməsinə qlobal öhdəlik nümayiş etdirib.
Tədbir zamanı UEFA-nın antidopinq departamentinin rəhbəri Mark Vuyyamoz antidopinq səylərinin əsası kimi təhsilin həlledici rolunu vurğulayıb. Tədbirdə UEFA-nın təhsil modelləri ətraflı nəzərdən keçirilib və antidopinq təcrübəsinin daha da təkmilləşdirilməsi üçün bu təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb