- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasında mübarizə aparan “Qəbələ” ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında Serbiya “Çukariçki”sini Bakıda qəbul edəcək. Allsport.az xəbər verir ki, serblərlə cavab oyunu “Bakcell Arena” baş tutacaq.
Məsələ burasındadı ki, ilk təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”su ilə cavab oyununda Qəbələdə yerli azarkeşlər gürcü fanatlara cavab olaraq siyasi pankartlar açmış, Gürcüstan bayrağı yandırmışdı. Bu səbədən də, Qəbələ şəhər stadionunun bir oyunluq cəzalanması və ya iki tribunanın bağlanılması gündəmdə idi. İstənilən halda UEFA tərəfindən kluba veriləcək pul cəzası da qaçılmazdır.
Oyunu azarkeş dəstəyi altında keçirməyi planlaşdıran klub rəhbərliyi bunun üçün müvafiq qurumlara müraciət ünvanlayaraq, cavab oyununu “Bakcell Arena”da oynamaq istəyini bildirib. Klubun istəyi artıq qeydə alınıb.
Xatırladaq ki, iyulun 23-də Bakının “İnter” klubu da cavab matçında paytaxtda İslandiya “Hafnarfyordur”unu qəbul edəcək. Belə bir durumda UEFA-nın tələblərinə görə bir şəhərdə eyni gündə iki Avroliqa matçı keçirilə bilməz. Yalnız klub və ölkənin futbol federasiyası təhlükəsizliyə zəmanət verəcəyi halda UEFA buna razılıq verə bilir. Yeri gəlmişkən qeyd edək ki, artıq UEFA-nın rəsmi saytı da “Qəbələ” – “Çukariçki” matçının “Bakcell Arena”da keçiriləcəyini yazıb.