- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Gürcüstanın “Dinamo” (Tiflis) klubunu cəzalandırıb. Allsport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qəbələ” ilə mübarizə aparan bu komandanın azarkeşlərinin ev oyunu zamanı etdiyi hərəkətlər cavabsız qalmayıb.
Belə ki, “Dinamo” UEFA bayrağı altında keçirilən yarışlar çərçivəsində bir ev oyununu boş tribunalar qarşısında oynamalı olacaq. Eyni zamanda kluba 20 min avro cərimə tətbiq olunub.
Qeyd edək ki, “Dinamo” “Qəbələ”ni iyulun 2-də qəbul etmişdi. Matçdan sonra gürcü azarkeşlər azərbaycanlı fanatlara hücum etmiş, dövlət atributlarımızı təhqir etmiş, bayrağımızı yandırmışdılar. Oyun zamanı isə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən xəritə və plakatlar açılmışdı.