- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
2015/2016-cı il mövsümündə UEFA Çempionlar və Avropa Liqası turnirlərində iştirakı ilə əlaqədar “Qarabağ”, “Qəbələ”, “Neftçi” və “İnter” klubları üçün UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb. Allsport.az xəbər verir ki, həmin vəsaitlər aşağıda qeyd olunan qaydada bölünüb:
“Qarabağ” – 950 000.00 avro
“Qəbələ” – 630 000.00 avro
“İnter” – 630 000.00 avro
“Neftçi” – 200 000.00 avro
UEFA-dan AFFA-ya daxil olan həmin vəsait dərhal müvafiq qaydada “Qarabağ”, “Qəbələ” və “Neftçi” klubunun hesabına köçürülüb.
AFFA ilə “İnter” klubunun rəhbərliyi arasında aparılmış danışıqlara uyğun olaraq, klubun AFFA-ya olan borcları tutulduqdan sonra yerdə qalan vəsait “İnter”in hesabına köçürüləcək.