- Baxış sayı: 44
- 31 Mart 2026 11:25
- Baxış sayı: 773
- Mart 30, 2026
- 0

Sietldə keçirilən son UFC turnirindən sonra təşkilatın ən yaxşı döyüşçülərinin yenilənmiş reytinq siyahısı açıqlanıb.
Allsport.az xəbər verir ki, ən böyük yerdəyişmələr orta çəki dərəcəsində qeydə alınıb. İsrail Adesanya üzərində qələbə qazanan Co Payfer birbaşa 8 pillə yüksələrək reytinqdə 6-cı yerə çıxıb. Keçmiş çempion Adesanya isə 5 pillə geriləyərək 9-cu yerə düşüb.
Ağır çəki dərəcəsində də mühüm yenilik var. Marçin Tiburanı məğlub edən Tayrell Forçen ilk dəfə “Top-15″liyə daxil olub və dərhal 10-cu pillədə qərarlaşıb.
Qadın döyüşçülərin çəki dərəcəsindən asılı olmayaraq (P4P) ən yaxşılar siyahısında isə Aleksa Qrasso iki pillə irəliləyərək dünyanın 7-ci ən yaxşı qadın döyüşçüsü olub.