UFC Yemelyanenko ilə danışıqdan imtina etdi

UFC təşkilatı Vadim Nemkovun döyüşü ilə bağlı onun komandasının rəhbəri Fyodor Yemelyanenko ilə birbaşa danışıqlar aparmaqdan imtina edib.

Allsport.az xəbər verir ki, təşkilat yalnız menecer vasitəsilə ünsiyyət qurmağa razılaşıb.

Vadim Nemkov TASS-a açıqlamasında bu barədə danışıb:

“Əvvəlcə bir neçə nəfər vasitəsilə müraciət etdik. Bizə sadəcə dedilər ki, Fyodorun komandası ilə iş görmək istəmirlər. Sonra biz menecer tapdıq və onun vasitəsilə müraciət etdik. Ona dedilər: ‘Yaxşı, biz onlarla işləyəcəyik, amma heç bir birbaşa əlaqə olmayacaq – nə Fyodorla, nə də döyüşçü ilə. Hər şey yalnız menecer vasitəsilə olacaq”.

49 yaşlı Yemelyanenko 2023-cü ildə karyerasını başa vurub. O, peşəkar döyüşlərdə 40 qələbə qazanıb.

Həmin kateqoriyadan