- Baxış sayı: 55
- 08 Mart 2026 12:58
- Baxış sayı: 109
- Mart 11, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov, III MDB oyunlarında bürünc medal qazanmış voleybolçu qızlardan ibarət U-15 komandamızın üzvləri ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, toplantıda AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiya nümayəndələri, U-15 yığmamızın oyunçuları, məşqçilər heyəti və valideynlər iştirak edib.
Şahin Bağırov ilk olaraq komandamızın oyunçularını və məşqçilər heyətini bürünc medal münasibətilə təbrik edib. O bu mükafatı AVF-nin uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin uğurlu nəticəsi kimi dəyərləndirib.