- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Pərviz Nəsibovun Tokio olimpiadasında medal götürə biləcəyini kim düşünə bilərdi?. Xüsusilə püşkatma onu rusiyalı dünya çempionu Artyom Surkov, ardınca isə misirli Məhəmməd Əlsayedlə üz-üzə qoyduqdan sonra. Üstəlik, Nəsibov sonuncuya fantastik geridönüşlə qalib gəldi”.
Allsport.az xəbər verir ki, bunu Ukrayna ali radasının deputatı, Tokio-2020 yay olimpiya oyunlarında ölkəyə yeganə qızıl medalı qazandırmış yunan-Roma güləşçisi Yan Belenyuk (87 kq) “sport.ua” saytına müsahibəsində deyib.
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibovun (67 kq) olimpiadada ikinci yeri tutması barədə danışan idmançı-siyasətçi onun çıxışını yüksək qiymətləndirib. Belenyuk 23 yaşlı idmançının əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb: “Nəsibov məğlubiyyətin bir addımlığında idi. Mübarizəni vaxtından əvvəl dayandıra bilərdi. Amma güləşçimiz sonadək müqavimət göstərdi, sonra isə effektiv fəndlər işlətdi. Olimpiadanın yarımfinalında belə geridönüş inanılmazdır”.
Belenyukun sözlərinə görə, iranlı Məhəmməd Reza Gerayiyə qarşı final görüşü ertəsi gün keçirilməsəydi, Nəsibov qızıl medal da qazana bilərdi: “Bilirəm ki, Pərviz finala çıxdıqdan sonra bütün gecəni yatmamışdı. Məncə, yarımfinalda qalib gəldikdən sonra onu əhatə edən duyğular idmançını bir az da boşaltdı. Yarışı tamamlayanadək emosiyalara qapılmağa dəyməz. Amma bu, təcrübə tələb edir. Pərvizdə isə bu, yox idi”.
Jan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna ali radasının deputatıdır.