- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Monako”nun keçmiş hücumçusu Vissam Ben Yedder cinsi təcavüzdə ittiham olunaraq Nitsa məhkəməsinə çıxarılacaq.
Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçu iddia edilən cinayəti ötən il sentyabrın əvvəlində törədib. Ben-Yedder qızla bir məclisdə tanış olub və sonra onu avtomobilində oturmağa dəvət edib. Bundan sonra futbolçu qıza qarşı nalayiq hərəkətlər etməyə başlayıb.
Ben Yedderin təqsirli bilinəcəyi təqdirdə 10 il həbs cəzası ala biləcəyi bildirilir. Bundan əlavə, o, sərxoş halda avtomobil idarə etməkdə ittiham olunur.
Ben Yedder ötən mövsümün sonunda “Monako”dan ayrılıb.