- Baxış sayı: 39
- 24 Mart 2026 18:39
- Baxış sayı: 129
- Mart 25, 2026
- 0

“Barselona”nın müdafiəçisi Ronald Arauxo səhhətindəki problemlərə görə komandadan ayrıla bilər.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu noyabrın sonlarından bəri sıradan çıxıb. Əvvəlcə “Barselona”nın baş məşqçisi Hansi Flik oyunçunun rotavirus infeksiyasına yoluxduğunu açıqlamışdı, lakin sonradan Arauxo psixoloji çətinliklər səbəbindən planlaşdırılmamış məzuniyyətə çıxdığı barədə məlumatlar ortaya çıxıb.
Uruqvaylının psixoloji sağlamlıq problemləri əvvəlcə düşünüləndən daha ciddidir. O, bir daha “Barselona”da oynamaya bilər.
Arauxo 2018-ci ildən bəri “Barselona” oynayır. 2025/26 mövsümündə o, bütün yarışlarda 15 oyunda meydana çıxıb və iki qol vurub.