Ulduz hokkeyçi 1000 xala çatdı

“Edmonton Oylers”in kapitanı Konnor Makdevid “Neşvill Predators”a qarşı oyunda bir qol vurub və məhsuldar ötürmə edib.

Allsport.az xəbər verir ki, bu ulduz hokkeyçi üçün NHL-də 1000-ci xal olub.

Makdevid 1000 xala çatmaqla bunu ən tez bacaran dördüncü idmançı olub. Buna nail olmaq üçün Konnora 659 matç lazım olub. Üçüncü yerdə Mayk Bossi (656), ikinci yerdə isə Mario Lemye (513) qərarlaşıb. Rekord Ueyn Qretzkiyə (424) məxsusdur.

Həmin kateqoriyadan