Ulduz snoubordçu olimpiadada ağır zədə alıb

Kanadalı üçqat Olimpiya mükafatçısı Mark Makmorris İtaliyadakı “Milano-Kortina-2026” qış olimpiya oyunlarında məşq zamanı ağır qəzaya uğrayıb.

Allsport.az xəbər verir ki, 32 yaşlı idmançı “biq-eyr” yarışlarına hazırlıq zamanı yıxılıb və helikopterlə xəstəxanaya aparılıb. Kanada rəsmiləri idmançının vəziyyətinin stabil olduğunu bildirsələr də, onun bugünkü təsnifat mərhələsində iştirakı sual altındadır.

Makmorris 2014, 2018 və 2022-ci illərin bürünc medalçısıdır.

Həmin kateqoriyadan