Umudovla birgə daha üç nəfər

Beynəlxalq ağırlıqqaldırma federasiyası (İWF) “Məsləhət qrupu”nun üzvlərinin adlarını açıqlayıb.

Allsport.az xəbər verir ki, Azərbaycan ağırlıqqaldırma federasiyasının vitse-prezidenti Firdovsi Umudovdan başqa qrupda cəmi 3 üzv yer alıb.

Gürcüstanlı üçqat olimpiya, üçqat dünya və dördqat Avropa çempionu Kaxi Kaxiaşvili, Sinqapur ağırlıqqaldırma federasiyasının prezidenti Tom Liav və Şimali Koreya Respublikasının ağırlıqqaldırma federasiyasının vitse-prezidenti Sonq Nam Yanq İWF-in “Məsləhət qrupu”nun üzvü olaraq fəaliyyət göstərəcəklər.

Rəhbər strukturda Avropa ölkələrindən cəmi 2 təmsilçi yer alıb ki, onlardan da biri Firdovsi Umudovdur.

Xatırladaq ki, İWF-də 200-dək üzv ölkə təmsil olunur. İWF-nin rəhbər heyətində əsasən aparıcı üzv ölkələrin nümayəndələri yer alıb. “Məsləhət qrupu”nun üzvləri 4 il müddətinə seçilir. Onlar 2029-cu ilə kimi bu vəzifəni icra edəcəklər.

Həmin kateqoriyadan