- Baxış sayı: 42
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Ümumdünya antidopinq agentliyinin (ÜADA) prezidenti Vitold Banka və Milli antidopinq agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, ÜADA-nın Polşanın paytaxtı Varşavada baş idarəsində keçirilən toplantıda, bu sahədə beynəlxalq irəliləyişlər müzakirə edilib. AMADA-nın direktoru ölkəmizdə antidopinq sahəsindəki vəziyyət, baş verən yeniliklər, beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilən yeni innovativ üsulların, süni intellektin tətbiqi ilə bağlı layihələr barədə məlumat verib.
ÜADA-nın prezidenti Vitold Banka qeyd edib ki, Azərbaycanın yerli və beynəlxalq müstəvidə dopinqlə mübarizəyə verdiyi töhfəsi və gördüyü işlər təqdirəlayiqdir və AMADA etibarlı tərəfdaşlarından biridir.
Görüşdə həmçinin həmyerlimizin sədrlik etdiyi Avropa Şurasının antidopinqdə gender bərabərliyi komitəsinin (GECA) gördüyü işlər və onun antidopinq sahəsində gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəsi müzakirə olunub.