- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Bu gün “ABU-arena”da Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə beynəlxalq həndbol turnirinə yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, yarış təşkilatçıları həlledici oyunlardan əvvəl Fəxri xiyabanda olub. ümummilli liderin xatirəsi dərin hörmətlə anılıb, abidəsi önünə gül dəstələri qoyulub.
Turnirin son oyun günü gərgin və maraqlı qarşılaşmalarla yadda qaldı. “Batumi” Gürcüstanın U-20 komandasını 37:36 üstələyib, 3-cü yer tutub. Finalda “Bakı” ölkə çempionatının gümüş medalçısı “Məhsul”a 41:39 hesabı ilə qalib gəldi. Top fərqinə görə “Məhsul” çempion oldu. Qalib və mükafatçılara diplom və kuboklar təqdim edildi.
Bağlanış mərasimində iştirakçılara Həndbol federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran vitse-prezidenti Orxan Abbasov, ümummilli liderin idmana göstərdiyi diqqət və qayğıdan danışdı. Baş katib Yusif Atakişiyev və idman şöbəsinin müdiri İsgəndər Əsgərov da, öz növbələrində, Heydər Əliyevin keçdiyi şərəfli yoldan söz açdılar. Hər 3 natiq qeyd etdi ki, uğurlu siyasəti bu gün prezident İlham Əliyev layiqincə davam etdirir.