- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 152
- Mart 26, 2026
- 0

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə beynəlxalq həndbol turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və həndbol federasiyasının vitse-prezidenti Orxan Abbasov çıxış ediblər. Ardınca Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib. Sonra dövlət himni səsləndirilib.
Sentyabrın 1-dək davam edəcək turnirdə Azərbaycanın “Azəryol”, “Qarabağ”, “Kür”, Qazaxıstanın “Astana”, “Alatau Arulary” kollektivləri və Özbəkistan milli komandası mübarizə aparırlar. Turnirin ilk görüşündə “Kür” komandası “Astana” ilə üz-üzə gəlib. Görüş rəqibin 36:26 hesablı qələbəsi ilə yekunlaşıb.