- Baxış sayı: 25
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 71
- Noyabr 21, 2024
- 0
Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə yeniyetmə həndbolçuların ənənəvi rayon turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Göygöl olimpiya idman kompleksində keçirilən yarış maraqlı idman mübarizəsi ilə yadda qalıb. 6 komandanın qatıldığı yarışın nəticələrinə əsasən Gəncə həndbolçuları 1-ci yeri tutublar. Mingəçevir komandası 2-ci, Qazax 3-cü pillədə yer alıblar.
Bağlanış mərasimində iştirakçıları uğurlu yarış münasibəti ilə təbrik edən AHF-in idman şöbəsinin rəhbəri İsgəndər Əsgərovla federasiyanın əməkdaşı Fəridə Əliyeva, bu cür turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Yüksək səviyyəli təşkilatçılığa görə gənclər və idman nazirliyinə və federasiyaya minnətdarlıq ifadə olunub, komandalara qarşıdakı yarışlarda uğurlar arzulanıb.
İlk 3 yeri tutan həndbolçulara diplom və toplar, qalib komandanın üzvlərinə idman geyim dəstləri təqdim edilib. Əsasnaməyə görə, qalib və mükafatçılar yeniyetmə həndbolçuların Azərbaycan birincilinin sentyabrda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Xatırladaq ki, yarışda Gəncə, Mingəçevir, Göygöl, Qazax və Ağstafadan ümumilikdə 6 komandasının 70-ə yaxın yeniyetmə həndbolçusu mübarizə aparıb.