Uqandada 2 gümüş, 4 bürünc qazandılar

Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampalada keçirilən “Junior Future” seriyalı beynəlxalq turnirdə 2 gümüş, 4 bürünc medal qazanıblar.

Allsport.az xəbər verir ki, 19 yaşadək idmançılar arasında keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medal qazanıb.

Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva turnirin gümüş medalına layiq görülüb.
Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb.
Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov – Həcər Nuriyeva və Ülvi Hüseynov – Leyla Camalzadə tandemi “Uganda Junior International 2025” turnirində bürünc medal qazanıb.
Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib.
Qızların qoşa yarışında isə Leyla Camalzadə – Həcər Nuriyeva qoşası gümüş medala yiyələnib.

Diki Pangestu isə “Uganda International Challenge 2025” turnirində şəxsi kateqoriyada gümüş medal qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan Diki finala kimi irəliləməyi bacarıb.

Beynəlxalq turnirlərdə ev sahibi ilə yanaşı Türkiyə, İtaliya, Hindistan, İsveçrə, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, BƏƏ, Malayziya, İndoneziya, Misir və Mərakeşi təmsil edən badmintonçular iştirak edib.

Həmin kateqoriyadan

azenrutr