Urmiyada beynəlxalq zorxana idman federasiyasının baş yığıncağında

Arazın o tayında, Urmiya şəhərində zorxana və pəhləvan güləşi üzrə növbəti Asiya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış çərçivəsində həmçinin Beynəlxalq zorxana idman federasiyasının növbəti baş yığıncağı da təşkil olunub.

Ölkəmizi mötəbər tədbirdə Azərbaycan milli idman növləri assosiasiyasının prezidenti Kazım Qurbanov və zorxana və pəhləvan güləşi idman növü üzrə böyük məşqçi Xəyyam Orucov təmsil ediblər.

Tədbir zamanı idman əlaqələrinin genişləndirilməsi, regionda zorxana idman növünün inkişafı və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Adı 2-ci çəkilən həmyerlimiz Asiya çempionatında hakim kimi fəaliyyət göstərərək, ölkəmizi layiqincə təmsil edib.

Həmin kateqoriyadan