- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında “Ustadla görüş” idman layihəsi çərçivəsində tanınmış idmançı, basketbol üzrə 1-ci İslam həmrəylik oyunlarının qalibi, 5-qat Azərbaycan superliqasının və Avropa çempionatının “C” divisionun qalibi, 3×3 millinin üzvü, məşqçi Anar Hacıyevlə görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, tədbirdə “İdmanın oyun növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib. Anar Hacıyev görüş zamanı öz nailiyyətlərindən, idman karyerasından və uğur yolundan bəhs edib. O, tələbələrə hər zaman məqsədli olmaq və çətinliklər zamanı ruhdan düşməməyi məsləhət görüb.