Azərbaycan güləşçiləri üçün mükafat fondu açıqlanıb

Fevralın 1-də Dünya güləş birliyinin icraiyyə komitəsinin vebinarı olub. Allsport.az saytı xəbər verir ki, toplantıda bəzi mühüm qərarlar qəbul olunub. İlin sonunda reytinq xallarına əsasən sərbəst, yunan-Roma və qadın güləşində ümumilikdə 30 çəkidə ilk 3 yeri tutacaq idmançılar üçün ayrılan mükafat fondu 600 min ABŞ dolları olacaq. Hər çəkinin öncülü 10, 2-ci yerin sahibi 7, ilk “3-lüy”ü tamamlayan 3 min dollarla mükafatlandırılacaq.

Bu il 2 reytinq yarışı nəzərdə tutulub. UWW-nin təqvim planına əsasən, martın 4-dən 7-dək Romada Matteo Pellikone turniri və iyunun 8-dən 13-dək Varşavada “Poland Open” yarışı reytinq xarakteri daşıyacaq. Bundan başqa, qitə birincilikləri, o cümlədən aprelin 19-dan 25-dək Polça paytaxtında Avropa çempionatında, avqustun 1-dən 8-dək Tokio olimpiadasında və oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda təşkil olunacaq dünya çempionatında güləşçilərə reytinq xalları veriləcək. Olimpiya oyunlarında fəxri kürsüyə qalxacaq idmançılar əlavə 20 faiz reytinq xalları əldə edəcək.

İclasda qəbul olunan digər qərara əsasən, ötən il dünyasının dəyişən Avropa Güləş Birliyinin prezidenti Tseno Tsenov UWW-nin fəxri vitse-prezidenti seçilib.

Həmin kateqoriyadan