“Üzücü məğlubiyyət oldu”

Abşeron olimpiya idman kompleksində Azərbaycan basketbol liqasında 13-cü turda “Sabah” meydan sahiblərinə 59:67 uduzub. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçsi Rimas Kurtinaytis “Abşeron”a yenilgi barədə bunu deyib:

“Oyuna həmişəki qaydada hazırlaşmışdıq. Yaxşı məşqlərimiz oldu. Lakin hazırlıq zamanı düşündüklərimizi oyuna daşıya bilmədik. Müdafiədə pis çıxış etməsək də, hücumda zəif təsir bağışladıq.

Topladığımız xalların 75 faizi Hassani və Klavsın payına düşür. Oyunu analiz edəcəyik. Üzücü məğlubiyyət oldu. Amma nə etmək olar? Bu idmandır”.

Həmin kateqoriyadan

azenrutr