Valentina Salamahalı «Bietiqheym» EHF kubokunun finalına yüksəlib

Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların EHF kubokunda uğurlu çıxışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, almanlar yarımfinalda Danimarka təmsilçisi «Nykobinq»u sıradan çıxarıb.

Bu oyunda təmsilçimiz meydanda olub. Bundesliqanın şəksiz öncülü həlledici oyunda Rusiyanın «Rostov» komandası ilə qarşılaşacaq. Bu kollektivlər «C» qrupunda bir mübarizə aparıblar.

Hər 2 qarşılaşnada ruslar üstün olub. İlk matç mayın 6-da evdə, cavab görüşü ayın 13-də səfərdə olacaq.

Həmin kateqoriyadan