Van Deyk gələcəyi haqda danışdı

“Liverpul”un futbolçusu Virgil van Deyk açıqlama verib.

Allsport.az xəbər verir ki, niderlandlı müdafiəçi Mersisayd təmsilçisiylə yeni müqavilə ilə bağlı danışıqlar apardığını bildirib:

“Danışıqlara başlamışıq, amma yekunda nə olacağını bilmirəm. Bütün diqqətimi bu kluba yönəltmişəm, qarşıdakı matçlarda qalib gəlmək istəyirəm və başqa heç nə ilə diqqətimi yayındırmıram. Gələcəkdə nə olacağını hələ bilmirəm. Sadəcə onu deyə bilərəm ki, müzakirələr başlayıb və nə olacağını görəcəyik.

Xatırladaq ki, van Deykin müqaviləsi bu mövsümün sonunda başa çatır.

Həmin kateqoriyadan