- Baxış sayı: 49
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

Topaz Premyer Liqasında AzAL-la oyun “Qəbələ”nin futbolçusu Vaqif Cavadov üçün əlamətdar olub. Allsport.az xəbər verir ki, 26 yaşlı hücumçu “Qəbələ”də rəsmi debütünü gerçəkləşdirib.
Bunadək əvəzedici heyətdə forma geyinən Vaqif əsas komandanın tarixinə 198-ci futbolçusu kimi düşüb. Bunlardan 106-sı yerli, 92-i əcnəbi futbolçu olub. “Xəzər Lənkəran”dan bu ilin sonunadək icarəyə götürülən Cavadov “Qəbələ”nin milli çempionatımızda debüt edən 181-ci futbolçusu olub.
Bu mövsüm komandaya gələn futbolçulardan yalnız Vüqar Nadirov hələ ki, debüt etməyib. Rumıniyalı yarımmüdafiəçi Georgi Floresku isə bunu Topaz Premyer Liqasında yox, Avropa Liqasında gerçəkləşdirib.