- Baxış sayı: 35
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir. Allsport.az xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 üzvlə təmsil olunmalıdır.
İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar hazırda PFL İcraiyyə Komitəsində 3 üzvlə təmsil olunur. Bununla bağlı, Peşəkar Futbol Liqası tərəfindən hazırda Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışan Vaqif Sadıqovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Vaqif Sadıqovun İK-ya namizədliyi Peşəkar Futbol Liqasına “Sumqayıt” Futbol Klubundan verilib.