- Baxış sayı: 34
- 29 Yanvar 2025 12:34
- Baxış sayı: 56
- Yanvar 29, 2025
- 0
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, bu gün yüksək liqanın VIII turunda Bakıda iki, Gəncədə isə bir oyun baş tutub.
Turun ilk qarşılaşması Gəncə idman sarayında “Gəncə” və “Murov Az Terminal” komandaları arasında olub. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər qarşılaşmaları isə GİN-in voleybol mərkəzində təşkil olunub. Burada “Milli Aviasiya Akademiyası” komandası “Abşeron”la, “Azərreyl” klubu isə UNEC-lə üz-üzə gəlib. Gərgin keçən “Milli Aviasiya Akademiyası” – “Abşeron” matçında qalib 4 setdə müəyyənləşib. “Milli Aviasiya Akademiyası” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşmasında isə “Azərreyl” 3:0 hesabı ilə UNEC komandasına qalib gəlib.
Yüksək liqa
28 yanvar
VIII tur
“Gəncə” – “Murov Az Terminal” 2:3 (18:25, 25:18, 20:25, 26:24, 10:15)
“Abşeron” – “Milli Aviasiya Akademiyası” 1:3 (18:25, 28:26, 25:27, 22:25)
“Azərreyl” – UNEC 3:0 (25:9, 25:11, 25:15)
Növbəti turun oyunları fevralın 4-də keçiriləcək.