Vitali Vernidub Ukrayna saytına: “Qəbələ” doğru seçimimdir”

“Qəbələ”nin ukraynalı legionçusu Vitali Vernidub ua.tribuna.com-a müsahibə verib. Allsport.az saytı xəbər verir ki, qara dənizli həmkarlarımızla söhbətdə, müdafəçi Azərbaycanda olduğundan məmnunluq ifadə edib:

“Həmişə Ukraynanın sanballı klublarında oynamaq istəmişəm. Amma bir də baxdım gördüm ki, artıq 28 yaşım var, pul qazanmaq vaxtıdır. Oturub gözləsəm, gec olacaq. Bu üzdən “Qəbələ”dən gələn təkliflə razılaşdım.

Burada hər şey məni qane edir. Birincisi, baş məşqçi Roman İosifoviç – əsas amildir. Mən onunla Zaporojyedə bir çalışmışam. İkincisi, komandanın qarşısına yüksək hədəflər qoyulub. Üçüncü də, özümdən Amerika çıxarmayacağam – maliyyə şərtləri.

Bu mövsüm yaxşı nəticələr qazandıq. Artıq Avroliqanın qrup mərhələsindəyik. İddiamızı davam etdiririk. Demək olar, seçim düzdür”.

Vitali Vernidub Qəbələdə futbola yaradılan şəraitdən də danışıb. Deyib ki, burada olan meydançaları başqa yerdə görməyib: “Qaldığımız mehmanxana əladır. Əgər orada yüksək şərait varsa, niyə gedib ayrıca evdə qalmalıyam? Qəbələnin meydançaları yüksək səviyyədədir. Ot örtüyü ilə ingiltərəli aqronom dəstəsi məşğul olur. Trenajor zalları, basseyn – inkişaf üçün hər şey var”.

Həmin kateqoriyadan