Vitse-prezident Firdovsi Umudov sərbəst güləş millisini Kislovodska təlim-məşqə aparıb

Bu gün sərbəst güləş üzrə millimiz növbəti təlim-məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, ötən ay Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq keçən yığma, bu dəfə Rusiyanın məşhur kurort şəhəri Kislovodska üz tutub. Dünən Vətəni tərk edən komandamız fevralın 27-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək.

Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sədrəddin Ayqubovun rəhbərliyi ilə toplanışa 16 nəfər qatılıb. Çalışmada fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək. Nümayəndə heyətinin rəhbəri AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudovdur.

Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Camaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.

Həmin kateqoriyadan