- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün voleybol məşqçilərin təlim kursunın açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə AVF-in vitse-prezidenti Vaqif Əliyev, AVF-nin baş katibi Cəlil Cəfərov, “Azərreyl” klubunun prezidenti Fərid Xəlilov, Azərbaycanda yerləşən regional voleybol inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova, milli olimpiya komitəsinin idman idarəsinin rəisi Həsənağa Rzayev və təlimin müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Girleanu işitirak ediblər.
Tədbiri giriş sözü ilə açan Həsənağa Rzayev məşqçilər üçün belə layihələrin keçirilməsi ilə idman sahəsinə müsbət təsirindən danışıb. Bu günə qədər 200-ə yaxın idman mütəxəssisinin iştirak etdiyi kursda MOK rəsmisi, müxtəlif idman növləri üzrə məşqçilərin yetişdirildiyini qeyd edib. Həmçinin Azərbaycan Voleybol Federasiyasına sıx əməkdaşlığa görə təşəkkürünü bildirərək, növbəti il üçün yeni layihələrin keçiriləcəyinə ümid etdiyini qeyd edib.
Kursun müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Girleanu Beynəlxalq Olimpiya Komitəsinin olimpiya həməylik fondu və Beynəlxalq Voleybol Federasiyasının müxtəlif ölkələr üzrə keçirdiyi kursdan danışıb. Məşqçilərin texniki bilikləri, idmançılar üçün müxtəlif texnikaların inkişaf etdirilməsi və digər sahələri əhatə edəcəyini qeyd edib.
Layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi tərəfindən keçiriləcək və kursu uğurla bitirmiş məşqçilər sertifikatlarla təltif olunacaqlar.
Layihədə ümumilikdə 30 məşqçi iştirak edir. Bunlar Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycan Respublikasının məşqçiləridir. Təlim kursları 5 gün və Dərnəgül Voleybol Mərkəzində 09:00-dan 17:00-a kimi və iki hissədən (nəzəri və praktik) ibarət olmaqla keçiriləcək. İştirakçılar “Level 2” təlim kurslarına yiyələnmək üçün iştirak edirlər.
Xatırladaq ki, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyası artıq bir neçə dəfə məşqçilərin bilik və bacarıqlarını artırmaq üçün birgə bu kimi tədbirlərin təşkilatçısı olub.