- Baxış sayı: 207
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalar şərqi Avropa voleybol zonal assosiasiyasının (EEVZA) U-20 və U-18 çempionatlarında ştirak edəcəklər.
Allsport.az xəbər verir ki, voleybolçularımız bu məqsədlə bu gün Litva və Latviyaya yola düşüblər.
20 yaşadək çimərlik voleybolçuların yarışı 27-29 iyunda Litvanın Vilnüs şəhərində, U-18-lərin çempionatı isə 30 iyun-5 iyulda Latviyanın Cesis şəhərində təşkil olunacaq.
U-18 çempionatında ölkəmiz iki qız və bir oğlan komandası ilə, U-20 çempionatında isə üç qız, iki oğlan komandası ilə təmsil olunacaq.
Qızlardan ibarət komanda Nihad Tarverdiyevin, oğlanlar isə Atvars Vildenin baş məşqçiliyi ilə yarışacaqlar.