- Baxış sayı: 52
- 08 Fevral 2026 11:42
- Baxış sayı: 163
- Fevral 09, 2026
- 0

Bu gün qadınlar arasında Qızıl Avropa liqasında 2-ci turun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda millimiz portuqaliyalı həmkarlarını qəbul edəcək.
Voleybol Mərkəzində baş tutacaq görüş saat 18:00-da başlayacaq. Oyunu Səadəddin Dənəri (Türkiyə) və Fikrət Axundov (Azərbaycan) idarə edəcəklər. Qrupumuzun digər görüşündə isə Bolqarıstanla Ukrayna bir-birini sınağa çəkəcək.
Qeyd edək ki, ilk turda Azərbaycan Ukraynaya 3:1, Bolqarıstan Portuqaliyaya 3:0 hesabı ilə qalib gəliblər.