Voleybolçularla görüş

Azərbaycan voleybol federasiyasının (AVF) baş katibi Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyyə direktoru Sənan Cəfərov 17 yaşadək oğlanlardan ibarət milli komandanın III MDB oyunları öncəsi məşq prosesini izləyiblər.

Allsport.az xəbər verir ki, federasiya rəsmiləri Sumqayıt olimpiya idman kompleksində baş tutan məşqdən əvvəl komanda üzvləri və məşqçilər heyəti ilə görüşüblər. Onlar ölkəmizin ev sahibliyi etdiyi yarışda yığmamızın uğurlu çıxışına inamlarını bildiriblər və voleybolçularımıza uğurlar arzulayıblar.

Həmin kateqoriyadan