- Baxış sayı: 42
- 03 Fevral 2026 17:28
- Baxış sayı: 150
- Fevral 02, 2026
- 0
Latviya birinci liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdikləri “Olayne/Super Nova” səfərdə “Valmieras” ilə qarşılaşıb.
Matç həmyerlilərimizi komandasının qələbəsi ilə başa çatıb – 2:1. Azərbaycanlı oyunçuların hər ikisi start heyətdə meydana çıxıb və sonadə mübarizə aparıb. Hər 2 qolu Vüqar vurub.
O, görüşün 28-ci dəqiqəsində hesabı açıbsa, 82-ci dəqiqədə də qələbə qoluna imza atıb. 19 xal toplayan “Olayne” 15 klub arasında 7-ci pillədə qərarlaşıb.