- Baxış sayı: 53
- 29 Oktyabr 2024 20:16
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Latviya 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Stayçeles Bebri” ilə qarşılaşıb. Matç 6:2 hesabıyla futbolçumuzun komandasının xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub və kapitan sarğısı ilə çıxış edib. O, bu görüşdə dubla imza atıb. 17-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı öz xeyirlərinə dəyişən (2:1) millimizin sabiq forvardı 89-cu dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib – 6:2.
Beləcə, Əsgərov yayda keçdiyi “1625 Liepaya” klubunda vurduğu qolların sayını 23-ə çatdırıb. Onun komandası isə 58 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.