- Baxış sayı: 36
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0
Latviya birinci liqasında 6-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdikləri “Olayne/Super Nova” doğma meydanda “Albert”lə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0.
Oyunda bütün qolların müəllifi adı ikinci çəkilən həmvətənimiz olub. Belə ki, o, 25, 35 və 67-ci dəqiqələrdə rəqib qapısına yol tapmaqla, ötən oyunda olduğu kimi, növbəti dəfə het-trikə edib. Vüqardan fərqli, əvvəlki turda dubl edən Orxan bu dəfə rəqib qapısına yol tapa bilməyib.
Futbolçularımızın hər ikisi start heyətdə meydana çıxsa da, Həsənəliyev 68-ci dəqiqədə əvəzlənib. Geridə qalan turlarda 7 xal toplayan “Olayne” 15 klub arasında 7-ci pillədə qərarlaşıb.