- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 65
- Noyabr 21, 2024
- 0
Niderlandın Veyk-an-Zee şəhərində təşkil edilən və “Şahmatın Uimbldonu” hesab olunan 82-ci “Tata Steel Chess 2020” turnirində “Vüqar Həşimov” ədalətli oyun mükafatının qalibləri məlum olub.
Allsport.az saytı xəbər verir ki, mərhum qrossmeysterimizin qardaşı Sərxan Həşimov ödülü “Challengers” turnirindən ukraynalı Pavel Elcanov, “Masters” turnirindən isə dünya çempionu norveçli Maqnus Karlsenə təqdim edib.
Hələ 5 il əvvəl Vüqar Həşimovun ailəsi tərəfindən onun xatirəsinə həsr olunaraq təsis edilən beynəlxalq səviyyəli “Vüqar Həşimov” ədalətli oyun mükafatı ilk dəfə məhz Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Chess” superturnirində dünyanın ən güclü şahmatçılarına təqdim edilib.