- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 172
- Fevral 06, 2026
- 0

Dünyanın məşhur qrossmeysteri Vüqar Həşimovun xatirəsinə şahmat turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, mərhum zəka sahibinin adını daşıyan akademiyada keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar mübarizə aparıblar.
Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.
Gərgin mübarizədə 8,5 xal toplayan Xəzər Babazadə qalib olub. Toğrul Əliyev 7,5 xalla 2-ci, Seyid Hüseyn 7 xalla 3-cü yeri tutub.