- Baxış sayı: 38
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Bu gün Premyer liqanın 5-ci turu başa çatıb. Allsport.az saytı xəbər verir ki, turun son görüşündə Qəbələdə eyni adlı komanda ilə görüşən “Sumqayıt”, son dəqiqədə qapısına təyin olunan penalti nəticəsində məğlub olub (0:1).
Matçdan sonra qonaqların arxa xətt futbolçusu Vurğun Hüseynov bunları deyib: “Qəbələ”nin güclü komanda olduğunu bilirik. Ona görə bu oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, axırda penaltiden qol buraxdıq. İndi bu məğlubiyyəti unudub, gələcək matçlar barəsində düşünməliyik”.