- Baxış sayı: 46
- 25 Mart 2026 17:33
- Baxış sayı: 213
- Mart 26, 2026
- 0

Ümumdünya Antidopinq Agentliyinin gələn il üçün büdcəsi 34,67 milyon dollar olacaq.
Allsport.az saytı xəbər verir ki, qərar qurumun Bakıda keçirilən təsisçilər şurasının iclasında təsdiq olunub. Yeni büdcə 2018-ci illə müqayisədə 8 faiz artırılır.
Cari ildə WADA-nın büdcəsi 32 milyon dollar təşkil edib. May ayında Təsisçilər Şurasının Monrealda keçirilən iclasında agentliyin büdcəsinin dörd il müddətində hər il 8 faiz artırılması qərara alınıb.
Ümumdünya Antidopinq Agentliyinin büdcəsi Beynəlxalq Olimpiya Komitəsinin və üzv ölkələrin hökumətlərinin üzvlük haqları hesabına formalaşır.