- Baxış sayı: 31
- 19 Yanvar 2025 23:35
- Baxış sayı: 124
- Yanvar 19, 2025
- 0
Premyer Liqanın 11-ci turunda səfərdə “Rəvan”a minimal hesabla qalib gələn “Xəzər Lənkəran” sabah toplanır. Allsport.az xəbər verir ki, cənublular həmin oyundan sonra iki günlük istirahəti başa vurub Lənkəranda məşqlərinə start verəcək.
Bu arada son matçda zədələnərək oyunu erkən tərk edən Adrian Skarlatakenin durumu bəlli olub. Təcrübəli futbolçu “sol ayağın diz nahiyəsi arxa bağlarının qopması” ilkin diaqnozu ilə iki aylıq sıradan çıxıb. Belədə son həftə ərzində Orxan Əliyevdən sonra “Xəzər Lənkəran”da ikinci futbolçu əməliyyat olunacaq.
Uzun müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanovdan isə xoş xəbər var. Futbolçu sabahdan etibarən fərdi məşqlərə başlayacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” növbəti tur çərçivəsində noyabrin 8-də, saat 16.00-da Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq.