- Baxış sayı: 141
- 27 Mart 2026 16:26
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Premyer Liqanın 31-ci turunda Qəbələ şəhərinin eyni adlı təmsilçisini qonaq edəcək “Xəzər Lənkəran” bu gün hazırlığa start verib. Allsport.az saytı xəbər verir ki, komanda 2 günlük istirahətdən sonra Lənkərandakı bazasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.
Son səfər matçında zədələnən futbolçular – Vüqar Bəybalayev və Nodar Məmmədov həkim nəzarəti altında fərdi məqşlərə başlayıblar. Hər iki futbolçunun matçda iştirakı oyun günü bəlli olacaq.
Xatırladaq ki, bu klublar arasında matç aprelin 23-də “Xəzər Lənkəran” Mərkəzi Stadionunda keçiriləcək və saat 16.30-da start götürəcək.