- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Topaz Premyer Liqasının son iki turunda qələbə qazana bilməyən “Xəzər Lənkəran”ın heyətində ciddi islahatlar aparılacaq. Allsport.az xəbər verir ki, cənub təmsilçisi fasiləyə 5-ci pillədə yollansa da, rəhbərlik yaradılan şəraitlə müqayisədə nəticələrin ürəkaçan olmadığı qənaətindədir.
“Ağ-yaşıllar” artıq bu mövsümdə ciddi uğur qazanacaqlarına ümid bəsləmirlər. Bu üzdən də qışda aparıcı və təcrübəli futbolçuların çoxunun, xüsusilə də yüksək ödənişli legionerlərin komandadan uzaqlaşdırılması gözlənilir. Əvəzində heyətə daha çox gənc futbolçular cəlb olunacaq və mövsümün qalan hissəsində məhz gələcəyin komandasının formalaşdırılmasına üstünlük veriləcək. Gəncləşdirmə siyasəti eyni zamanda klubun büdcəsinin də azaldılması ilə müşaiyət olunacaq.
“Xəzər Lənkəran”la bağlı daha bir maraqlı iddia Oğuz Çətinlə bağlıdır. Türkiyəli mütəxəssis Premyer Liqamızda yaranan fasilədən istifadə edərək, vətəninə yola düşüb. Yayılan xəbərlərdə o da bildirilir ki, Çətin artıq Lənkərana qayıtmayacaq. Gəncləşdirmə siyasəti aparılacağına görə, baş məşqçini də yerli mütəxəssislərdən birinin əvəz etməsi gözlənilir. Bu mənada ən real namizəd isə, sabiq baş məşqçi, hazırda klubun idman direktoru vəzifəsində çalışan Yunis Hüseynov göstərilir.
Qeyd edək ki, “Xəzər Lənkəran” mövsümün geridə qalan dövründə 16 oyun keçirib ki, onların yalnız 5-də qalib gəlib, eyni sayda da heç-heçəyə imza atıb. 6 matçda məğlub olan cənublular rəqib qapılarından 22 top keçirdiyi halda, öz qapısında 20 qol görüb. “Ağ-yaşıllar” mövsümün qalan hissəsinin hazırlığına yanvar ayının əvvəlində start verəcəklər.