- Baxış sayı: 38
- 22 Mart 2026 15:42
- Baxış sayı: 152
- Mart 22, 2026
- 0
“Xəzər Lənkəran”dan yeni ayrılan Deyan Blajevskinin yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, makedoniyalı futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək. O, Makedoniyanın “Vardar” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Blajevski bu ilin yanvarında “Xəzər Lənkəran”a transfer olunmuşdu. Amma o, cənub klubundan maaşını ala bilmədiyini iddia edərək, bir müddət öncə ölkəsinə getmişdi. Deyanın lənkəranlılardan FİFA-ya şikayət etməyə hazırlaşdığını da qeyd edək.