- Baxış sayı: 30
- 27 Mart 2026 17:28
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Xəzər Lənkəran”ın, “Real Madrid”in və Uels millisinin sabiq baş məşqçisi Con Toşaka demensiya diaqnozu qoyulub.
Allsport.az xəbər verir ki, bu barədə 77 yaşlı mütəxəssisin oğlu Kameron Toşak məlumat verib. O, atasının qısamüddətli yaddaşını itirdiyini və səhər etdikləri söhbəti günortadan sonra xatırlamadığını bildirib.
Con Toşak 1989-1990 və 1999-cu illərdə “Real Madrid”ə rəhbərlik edib. Onun rəhbərliyi altında “kral klubu” 1989/1990 mövsümündə İspaniya çempionu olub.
Son klubu İranda “Traktor” olan Toşak 2013-cü ildə ölkəmizdə “Xəzər Lənkəran”a rəhbərlik edib.