“Xəzri” böyük hesablı qələbə ilə start verib

“Sərhədçi” idman mərkəzində ABL-in növbəti pley-off oyunu baş tutub.

Allsport.az saytı xəbər verir ki, 1/4 finalda “Xəzri” və “Sərhədçi” komandaları arasında sıralamanın 1-ci oyununda debütant 98:64 hesablı rahat qələbə qazanıb.

Bununla “Xəzri” 1:0 üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: “Xəzri” (Ceremi Maklaflin – 35 xal, 12 götürmə), “Sərhədçi” (Kaleb Hanter – 14 xal, 3 götürmə).

Həmin kateqoriyadan