- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.
Allsport.az xəbər verir ki, pley-off ‘un 1/4 final mərhələsində, “Xəzri” və “Sərhədçi” komandaları arasında seriyanın 3-cü oyunu keçirilib. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş “Xəzri”, yekunda 91-70 hesablı qələbə qazanıb. “Xəzri” seriyada ümumi hesabda 2-1 hesablı qələbə qazanaraq, yarımfinalda “NTD-İndiqo”nun rəqibi olub.
Ən məhsuldar basketbolçular: “Xəzri” (Ceremi Maklaflin- 23 xal, 14 götürmə), “Sərhədçi” (Leon Cilmor – 18 xal, 3 götürmə).
“NTD-İndiqo” və “Xəzri” komandalar arasında yarımfinal seriyasının ilk oyunu 8 may tarixində baş tutacaq.