- Baxış sayı: 48
- 17 Dekabr 2025 10:00
- Baxış sayı: 103
- Dekabr 17, 2025
- 0
Bu gün qadın voleybolçular arasında ölkə Super Liqasında 4-cü turun daha bir matçı baş tutub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionluğuna iddialılardan sayılan “Azəryol” autsayder “Telekom”la görüşüb.
Mütəxəssislər adı çəkilən oyunda “xallı bəbirlər”in asan qalib gələcəyinə şübhə etmirdilər. Matçın gedişində ehtimallar özünü doğruldub. Eldar Yusifovun komandası güclü rəqibinə elə də müqavimət göstərə bilməyib.
Qarşılaşma “qara-qırmızılar”ın qələbəsi ilə başa çatıb və onlar yarış cədvəlində 2-ci pilləyə yüksəliblər – 3:0 (25:22, 25:16, 25:17).